İsrailli kişi koronavirus infeksiyasına qarşı peyvənddən bir neçə saat sonra ürək tutmasından vəfat edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin şimalında yaşayan 75 yaşlı kişi uzun müddət ürək ağrısından və bəzi bədxassəli xəstəliklərdən əziyyət çəkib.
Səhiyyə Nazirliyinümayəndələrinin sözlərinə görə, əvvəllər bir neçə infarkt keçirib.
Kişiyə koronavirusa qarşı peyvənd evində edilib və bir neçə sonra ölüb. Səhiyyə Nazirliyi artıq hadisəni araşdırmaq üçün komissiya üzvləri təyin edib.
Kişinin ölümünün koronavirusa qarşı peyvənddən asılı olub-olmadığı hələ ki bilinmir. Buna görə də İsraildə peyvəndləmə davam edir.