Həkim Pərvanə Hacıyeva
26 yanvar 2021 16:39 (UTC +04:00)

Həkim Pərvanə Hacıyeva

“Mixək, sarımsaq, alkoqol müalicə üsulu deyil” –“Haran ağrıyır?”

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdur, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

 

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:

 

“Haran ağrıyır?” da bu dəfə diş ağrısından stomatoloq-həkim Pərvanə Hacıyeva danışacaq. Diş niyə ağrıyır? Hansı ağrıları diş ağrısı kimi tanıyırıq və bu ağrılardan necə azad ola bilərik? 

 

Həkim deyir ki, dişlər müxtəlif səbəblərdən ağrıya bilər: “Bu ağrılara ən çox rast gəlinən səbəbi xalq arasında “çürük” deyə, adlandırdığımız kariesdir. Dişin xarici toxuması olan mina qatında sinir reseptorları olmadığından,  ilkin mərhələdə qıcıqlandırıcı məqamları hiss etmirik. Zamanla karies daxili toxumalara doğru irəlilədikcə buna səbəb olan çoxlu sayda mikroorqanizmlər sinir reseptorlarına çatırlar. Əvvəldə yüngül olan ağrılar getdikcə şiddətlənir və müxtəlif şəkildə yarana bilər: isti və soyuq qıcıqlandırıcılara qarşı əmələ gələn şiddətli və uzun müddətli ağrılar, çeynəmə zamanı təzyiqlə yaranan və ya öz-özünə başlayıb uzun müddət davam edən ağrılar.”

 

Həkim klinik gedişdə özünü diş ağrısı kimi göstərən bir çox xəstəliklərin olduğunu bildirir: “Orta qulağın iltihabı, üçlü sinirin nevrologiyası, sinir iltihabı, diş əti xəstəlikləri  kimi ağrılar bizi aldada bilər. Yanılmamaq üçün aha diqqətli müayinə, əlavə diaqnostik metodlardan istifadə etməklə dəqiq diaqnoz qoymaq və xəstəni lazımi mütəxəssisə yönləndirmək lazımdı.”

 

Həkim Pərvanə Hacıyeva diş ağrılarının öz-özünə keçməsini gözləməməyi məsləhət görür: “Xalq arasında mixək, sarımsaq, alkoqol, aspirin və s. üsullar bəzən işə yarasa da, diş və ətraf toxumalara zərər verdiyi üçün tövsiyə edilmir. Vaxtında həkimə müraciət etməmək dişin itirilməsinə səbəb ola bilər. Ona görə də sağlamlığınızın qeydinə qalın, vaxtında həkimə müraciət edin.”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230
avatar

Nigar Adil

Oxşar yazılar