Meymunçiçəyi ilə bağlı TƏBİB  məlumat YAYDI
04 avqust 2022 10:47 (UTC +04:00)

Meymunçiçəyi ilə bağlı TƏBİB məlumat YAYDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyinin əlamətləri ilə bağlı əhalini məlumatlandırıb.

TƏBİB-dən Lent.az-a yaydığı məlumata görə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin.

Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Fidan İlqar

Oxşar yazılar