Marqarin istifadə edənlərin DİQQƏTİNƏ!  - Bu orqanı məhv edir
09 dekabr 2023 13:48 (UTC +04:00)

Marqarin istifadə edənlərin DİQQƏTİNƏ! - Bu orqanı məhv edir

Həkim Yelena Tixomirova beyin üçün ən zərərli qidaları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, marqarindən istifadə idrak funksiyalarının azalmasına gətirib çıxarır.

Onun sözlərinə görə, insan çox miqdarda hidrogenləşdirilmiş yağ istehlak etdikdə, o, bədən tərəfindən emal edilmir:

“Həmçinin spirtli içkilərin tez-tez böyük miqdarda qəbulu insanın beyninə və idrak funksiyalarına mənfi təsir göstərir. Spirt neyronları məhv edir. Sinir hüceyrələri bərpa olunsa da, çox içsəniz, insanın idrak funksiyaları azalır. Ona görə də həddindən artıq spirt beyin fəaliyyətinə son dərəcə zərərlidir. Bundan əlavə fast foodun həddindən artıq istehlak edilməsi beyin fəaliyyətinə mənfi təsir göstərir. Belə məhsulların tərkibində eyni zamanda çoxlu miqdarda yağ, karbohidrat, duz və müxtəlif qida əlavələri var. Bütün bunlar beyin fəaliyyətinə son dərəcə mənfi təsir göstərir.

Şəkər istehlakı da beyinə ziyan vurur. Çünki qlükoza bütün orqanizm üçün lazım olan yanacaqdır. İnsan eyni vaxtda çoxlu miqdarda karbohidrat yeyirsə, sürətli və yavaş, yəni ya tort, ya da qızardılmış kartof ola bilər, bu karbohidratlar çox miqdarda qana buraxılır, qanda şəkərin səviyyəsi kəskin şəkildə yüksəlir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Arzu Qurbanlı

Oxşar yazılar