Koronavirusla bağlı vəziyyəti ilk dəyişdirmək əhalinin əksəriyyətini peyvəndlə ən qısa müddətdə əhatə edəcək ölkələr üçün mümkün olacaqdır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Beynəlxalq İnfeksiya Mütəxəssisləri Birliyinin prezidenti, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə keçmiş baş müstəqil mütəxəssisi İrina Şestakova deyib.
“Mümkün qədər və ən qısa müddətdə əhalisini peyvəndlə əhatə edəcək ölkələr koronavirusla bağlı vəziyyətin müsbət istiqamətdə dəyişməsində uduşlu olacaqlar”, - Şestakova vurğulayıb.
Mütəxəssisin fikrincə, Avropa ölkələri əhalisinin COVID-19-a qarşı peyvəndləmə hazırlığının kütləvi sorğular nəticəsində 65 faiz olduğu göstərilir.
Bu göstərici Çində isə 97 faizdir.