İki maska taxmaq düzgündür?   – Azərbaycanlı alimdən AÇIQLAMA
04 mart 2021 15:05 (UTC +04:00)

İki maska taxmaq düzgündür? – Azərbaycanlı alimdən AÇIQLAMA

“İki maska taxıb sosial məsafəni qorumadan, ümumiyyətlə, çoxlu insanla görüşüb qapalı şəraitdəki  məclislərdə iştirakların sayını çoxaldırlarsa, burada maska sayının neçə olmasının heç bir əhəmiyyəti qalmır”.

Bunu Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib:

“İnsanların bəziləri düşünür ki, “iki maska taxıb, məsafə qorumadan hər şey edə bilərəm”. Bu, çox yalnış bir fikirdir. İki maska taxıb sosial məsafəni qorumadan, ümumiyyətlə, çoxlu insanlarla görüşmək, qapalı şəraitdə olan məclislərdə iştirakların sayını çoxaltmaq olmaz. Burada maska sayının bir əhəmiyyəti qalmır. Hər kəs bilməlidir ki, taxılan maskaların sayından asılı olmayaraq qoyulan qaydalara riayət etməmək yoluxma riskini çoxaldır”.

Azərbaycanlı alim Nuran Abdullayev

Alim, qapalı məkanlarda iki maska taxaraq özünü virusa yoluxmaqdan qoruyanların bu addımı atmaqla orqanizimlərinə nə qədər zərər verdiklərini vurğulayıb:

“Bəzi maskaların ikisini üst-üstə taxaraq istifadə etmək çox zərərlidir. İnsan lazım olan qədər oksigeni ala bilməz və bu da orqanizim üçün fəsadlar yaradar. Bəzən insanlar ciddi qoruyuculuğu yüksək olan tibbi maskalardan ikisinitaxaraq saatlarla maska ilə gəzir, insanlarla ünsiyyət qurmağa çalışırlar, müəyyən formada saatlarla maska ilə fiziki iş görməyə çalışırlar və ya normal həyatlarına davam edirlər. Amma bilməlidirlər ki, belə etmək orqanizimə lazım olan oksigenin qəbulunu da çətinləşdirir. Ona görə bütün beynəlxalq standartlarda da qeyd olunur ki, vacib olan amillərdən biri də canlı ünsiyyəti minumuma endirərək bütün qaydalara riayət etməkdir. Hətta yumşalmalara gedilsə belə, bu o demək deyil ki, artıq virus yox olub. Virus var, yoluxmalar davam edir və bu deyilənlərə maksimum əməl olunmalıdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar