Həkimlə  onlayın müayinənin   effekti nə qədərdir? -  CAVAB
01 dekabr 2023 19:01 (UTC +04:00)

Həkimlə onlayın müayinənin effekti nə qədərdir? - CAVAB

Oksford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, həkimlə video və ya telefon vasitəsilə uzaqdan məsləhətləşmələr səhv müalicənin təyin edilməsi, yanlış diaqnozun qoyulması ehtimalını artırır, həmçinin xəstələri mövcud xəstəliklərin kəskinləşməsi riskinə məruz qoyur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda 2020-2023-cü illər arasında Britaniyada baş vermiş 95 səhiyyə təhlükəsizliyi insidentinin məlumatlarına baxıb. Alimlər daxil olan şikayətləri, hesabatları təhlil edib və kompensasiya tələblərini həll ediblər. Məlum olub ki, bəzi həkimlər videogörüş zamanı qoyulmuş ilkin diaqnozu (və ya onun olmaması) son hökm kimi qiymətləndiriblər. Bu, ürək qüsurları, diabet və xərçəng xəstələrinin ölümü ilə nəticələnən bir çox tibbi səhvlərə səbəb olub.

Digər hallarda həkimlər ağciyər emboliyası və sepsis kimi ciddi xəstəlikləri müəyyən edə bilməyiblər. Yanlış diaqnoz və düzgün müalicə təyin olunmaması nəticəsində xəstələr vaxtından əvvəl dünyasını dəyişib.

Koronavirus pandemiyası zamanı uzunmüddətli özünütəcrid rejiminə riayət etmək zərurəti ilə uzaqdan məsləhətləşmələr populyarlaşıb. Tədqiqatçılar qeyd ediblər ki, əvvəlcədən mövcud vəziyyəti olan xəstələri telefonla qiymətləndirmək xüsusilə çətindir. 

Alimlər onu da qeyd ediblər ki, distant konsultasiyaları ləğv etmək zərurətini müəyyən etmək onların məqsədi deyil. Onlar ümid edirlər ki, onların işləri bu cür texnikaların keyfiyyətini və təhlükəsizliyini təmin etmək yollarının inkişafına töhfə verəcək.

# 999
avatar

Fidan İlqar

Oxşar yazılar