Avropanın ən çox siqaret çəkən ölkəsi müəyyənləşib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Köhnə qitə”də ən çox siqaret çəkən bolqarlardır.
18-70 yaş arası bolqarların 29 faizi hər gün siqaret çəkir. Buna isə öz ailə büdcələrinin 25 faizini xərcləyirlər. Bolqarıstanla yanaşı, Latviya, Yunanıstan və Almaniya da ən çox siqaret çəkən Avropa ölkələri kimi tanınır.
Ən az siqaret çəkən ölkə İsveçdir. Burada əhalinin yalnız 6.5 faizi tütün məmulatlarından istifadə edir. Daha sonra siyahıda Finlandiya və Danimarka gəlir.