Dırnaq yeməyin orqanizminizə 6 zərəri:  BUNLARI BİLMİRSİNİZ
29 mart 2021 14:35 (UTC +04:00)

Dırnaq yeməyin orqanizminizə 6 zərəri: BUNLARI BİLMİRSİNİZ

Narahat və ya stresli olduğumuz zaman tez-tez dırnaqlarımızı dişləyirik. Əslində, araşdırmalar göstərir ki, dünya əhalisinin 30 faizi buna meyllidir. Təəssüf ki, dırnaq dişləməyin xeyirndən çox zərəri var. Dırnaq yeməyin hansı zərərləri var? Bu vərdişin orqanizimimizə bilmədiyimiz 6 zərəri var.

Lent.az-ın xarici KİV-ə istinadən təqdim etdiyi bu yazı hələ də bu vərdişdən can qurtara bilməyənlər üçündür.

1. Dişlərinizə zərər verir

Dişləriniz dırnaqlarınızdan çox daha sərt olsa da, dırnaqları dişləmək dişlərinizə və hətta diş ətlərinizə qalıcı zərər verə bilər. Bu vərdiş dişlərinizin qırılmasına və çatlamasına səbəb olur.

2. Ağız qoxusuna səbəb olur

Əllərinizi tez-tez yusanız da, dırnaqlarınızdakı bütün mikrobları və kirləri təmizləmək demək olar mümkün deyil. Bu, dırnaqlarınızın altında gizlənmiş bakteriyaların dişlədikdə ağzınıza daha asan çata bilməsi deməkdir. Bu bakteriyalar ağızda qala, çoxalaraq diş əti xəstəliyinə və ağız qoxusuna səbəb ola bilər.

3. İshala yol açır

Ağzımızda yaşayan bakteriyalar kifayət qədər zərərlidir, ancaq dırnaqları yeməklə də siz bir çox mikrobları qəbul etmiş olursunuz. Bu mikroblar nəticədə bağırsaqlarınıza çata, qarın ağrısı və ishala səbəb ola biləcək mədə-bağırsaq infeksiyaları yaradar.

4. Üşüməyə daha çox meylli edir

Üzə toxunma ilə əlaqəli hər hansı bir hərəkət xəstəliyin bədənimizə yayılma şansını artırır. Əslində, bir çox insan bunun fərqinə varmadan dırnaqlarını dişləməyə davam edir. Beləliklə, bədəniniz soyuqdəyməyə meylli və infeksiyalara qarşı həssas olur.

5. Dərinin zədələnməsinə səbəb olur

Dırnaq yemək həm barmaqlarımızın dərisinə (xüsusilə dırnaq kənarındakı), həm də üzümüzə zərərlidir. Bu vərdiş dodaq kənarlarında dərinin zədələnməsinə də gətirib çıxarır.

6. Xroniki baş ağrıları yaradır

Dırnaqları dişləyən insanlarda bruksizm və ya istəmədən dişləri gıcırdatmaq, sıxmaq kimi hallar arta bilər. Bruksizm olanlarda çənə ağrısı, sıx əzələlər, üz ətrafındakı ağrılar və xroniki baş ağrıları olur.

Bu vərdişi özündən uzaqlaşdırmaq tez zamanda həll edilə biləcək bir şey deyil. Bunun üçün bəzi üsullardan yararlanmaq olar. Məsələn, dırnaqları dişləməyinizə mane olacaq acı dadı olan xüsusi dırnaq boyalarından istifadə edə bilərsiniz. Əgər öhdəsindən gələ bilmirsinizsə, mütəxəssisdən kömək almağa çalışın.

 

 

# 4329
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar