“Covid-19”dan sağalanlarda iybilmə duyğusu qayıtmazsa...
29 mart 2021 09:27 (UTC +04:00)

“Covid-19”dan sağalanlarda iybilmə duyğusu qayıtmazsa...

Yeni tip koronavirusla (Covid-19) bağlı itirilən iybilmə qabiliyyətinin qoxu təlimiylə yenidən qazanıla biləcəyi açıqlandı.

 Lent.az  TRT-yə istinadla bildirir ki. “Oxford Academic”də çıxan elmi-araşdırma məqaləsində “Covid-19”a tutulanların 77 faizinin iybilməni itirdikləri ilə bağlı yazılır: “Virusa yoluxub iybilmə qabiliyyətini itirən adamlar əvvəldən onlara normal gələn qoxuları hiss etmədikləri üçün "parosmi" narahatlığı keçirirlər. Amma qoxu təlimi iybilmə duyğusunun bir qismi və ya hamısını sinus infeksiyaları kimi digər viral xəstəliklər üzündən itirənlərə yardım ola bilər. Fiziki müalicəyə bənzəyən və təkrarlanmalı olan bu qoxu təlimi iybilmə sistemini xəbərdar etmək və əvvəlki halına qayıtmasında kömək olmaq üçün aylarla gündə iki dəfə kəskin qoxuları iyləməyi tələb edir. “Covid-19”dan sağalan adamlarda iybilmə qabiliyyəti iki həftədən sonra qayıtmazsa, bu qoxu təliminə başlanılmalıdır”.

# 1893
avatar

Oxşar yazılar