Bu dərman  18 uşağı   öldürdü
27 dekabr 2022 17:09 (UTC +04:00)

Bu dərman 18 uşağı öldürdü

Özbəkistanda 18 uşaq SARS dərmanı qəbul etdiyi üçün ölüb.

Lent.az  xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlar Hindistanın "Marion Biotech" şirkətinin istehsalı olan bu dərmanının 18 uşağın ölümünə səbəb olduğunu bildirib.

Məlumata görə, ekspertizanın nəticələri artıq hüquq-mühafizə orqanlarına göndərilib.

Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda respublikanın bütün apteklərində bu preparat satışdan çıxarılıb.

Nazirlik açıqlamasında onu da bildirib ki, laboratoriya müayinələri nəticəsində preparatın tərkibində zəhərli maddə olan etilen qlikol aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967
avatar

Sevinc Fərid

Oxşar yazılar