Bir neçə dərdə dərman olan  MEYVƏ
06 yanvar 2022 19:33 (UTC +04:00)

Bir neçə dərdə dərman olan MEYVƏ

Zoğalın insan orqanizmi üçün nə qədər xeyirli meyvə olması dəfələrlə sübut olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, zoğalın tərkibində 20-25 faiz şəkər, 10-11 faiz üzvi turşular, karotin və B, C vitaminləri və digər maddələr var. Müalicə vasitəsi kimi zoğalın meyvəsindən, çəyirdəyindən, yarpağından istifadə olunur. 

Zoğal meyvələrindən hazırlanmış çaxır demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır. Bununla yanaşı, bu bitki bir çox xəstəliklərin qarşısının alınması üçün çox yaxşı vasitədir. 

Zoğal ağciyər, bağırsaq xərçənginin qarşısını alır. Gündə 1 ovuc  zoğal yemək döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. O elə bir meyvədir ki, ürək xəstəliklərinin də müalicəsində istifadə olunur. 

Zoğalın maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyinin sağalmasında rolu böyükdür. 

Zoğal vitaminlər, minerallar və güclü antioksidantlar ilə dolu olduğu üçün nizamlı istehlakı immunitet sisteminin güclənməsinə kömək olur. İmmun sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür.

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi də istifadə edirlər.

Yuxu probleminiz varsa,  yuxuya gedə bilmirsinizsə,  yatmazdan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək.

Zeytunun meyvəsi ilə yanaşı, mürəbbəsinin də çoxlu faydaları var. Qışda qrip geniş yayılanda, xüsusilə də qızdırmanız olduqda zoğal mürəbbəsi ilə çay içmək qızdırmanın düşməsinə və tərləməyə kömək edir. Zoğal mürəbbəsi məhz qış üçün xarakterikdir.

Onun tərkibi C vitamini ilə zəngindir. Bu mürəbbə soyuqdəymə zamanı effektli olduğu kimi, mədədə ağrı olan zaman da ağrıkəsici vasitə kimi istifadə oluna bilər.

Bundan başqa, zoğal boğaz ağrısı üçün də faydalıdır. Mürəbbə halından əlavə onu meyvə şəklində əzərək içərisinə şəkər tozu qatıb soyuducuda saxlamaq olar. Bu tərkibi qaynar suya töküb qarışdırdıqdan sonra içmək boğaz ağrısının əsas dərmanıdır.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4296
avatar

Sevinc Fərid

Oxşar yazılar