Arı mumunun İNANILMAZ  faydaları...
22 iyul 2022 09:39 (UTC +04:00)

Arı mumunun İNANILMAZ faydaları...

Arı mumu işçi arılar tərəfindən sintez olunan, xarakterik bal qoxusuna malik, yağabənzər, çoxkomponentli bərk maddədir. Sarı, ağ və ya ağımtıl rəngdə olur. Sarı arı mumu birbaşa pətəkdən, digərləri sarı bal mumundan əldə edilir.

Lent.az Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə istinadən xəbər verir ki, arı mumu mürəkkəb biokimyəvi tərkibə malik olub, özündə sadə və mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar,  karbohidrogenlər və digər maddələr də daxil olmaqla 300-dən çox komponenti birləşdirir. Mumun tərkibindəki mürəkkəb efirlər digər maddələrlə kimyəvi reaksiyaya girmir ki, bu da mumun    uzun müddət (hətta yüz illərlə) öz keyfiyyətini saxlamasına gətirib çıxarır.

Arı mumu ətraf mühit amillərinə - havanın temperaturuna və nəmliyinə qarşı çox davamlıdır, odur ki, oksidləşmir və çəkisi də dəyişməz qalır.  

Zəngin tərkibə malik arı mumundan tibdə, kosmetologiyada və digər sahələrdə geniş istifadə olunur. Qeyd edək ki, Avropa ölkələrində qida əlavəsi kimi qeydiyyata alınan arı mumu bioloji aktiv məhsul kimi güclü antiseptik təsirə malikdir. Belə ki, mumun  tərkibinin A və C vitaminləri, antibakterial maddələr, həmçinin antioksidantlarla zənginliyi yara və kəsiklərin tez sağalmasında, iltihabı proseslərin qarşısının alınmasında mühüm rol oynayır. Antibakterial xüsusiyyətlərinə görə mum bağırsaqların mikroflorasını normallaşdırır, disbakteriozu aradan qaldırır, orqanizmi toksinlərdən və ağır metallardan təmizləyir.

Mütəmadi olaraq arı mumu çeynəmək immun sistemini gücləndirir. Bu arıçılıq məhsulundan stomatologiyada qəliblərin hazırlanması məqsədilə də yararlanılır. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesi üçün qiymətli xammal hesab edilir. Müasir kosmetologiya və farmakologiyada isə krem, dodaq boyaları, göz qələmləri və dezodorantların istehsalında mumdan geniş istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3879
avatar

Sevinc Fərid

Oxşar yazılar