Mariya Tixonovna
30 mart 2021 13:51 (UTC +04:00)

Mariya Tixonovna

100 yaşlı qadın koronavirusdan müalicə olundu

Ukraynada 100 yaşlı qadın koronavirusdan müalicə olunub.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, Çernovts sakini Mariya Tixonovna ağciyərinin 30 faizinin zədəsi ilə xəstəxanaya müraciət edib.

Bu onun həyatında ilk dəfə xəstəxanaya düşməsi olub. Onun ailəsi də koronavirusa yoluxub.

Xəstəyə yaşının səbəb olduğu yanaşı xəstəliklər diaqnozu qoyulub. İlk bir neçə gündə vəziyyəti pisləşib, amma sonra qadın yaxşılaşmağa başlayıb.

Mariya Tixonovnanın sağalması şərəfinə xəstəxana kiçik bir bayram təşkil edib, həkimlər ona çiçəklər təqdim ediblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar