Əti saxlayarkən hansı səhvlərə yol veririk? - Məsləhət
18 iyun 2024 21:51 (UTC +04:00)

Əti saxlayarkən hansı səhvlərə yol veririk? - Məsləhət

İnsan qidasının ayrılmaz parçası və vitamin mənbəyi olan ət xarab olmasın deyə dondurucuda saxlanmalıdır. Ətin xarab olmaması və bakteriya toplamaması üçün onu qorumaq çox vacibdir.

Lent.az xəbər verir ki, insanların çoxu əti dondurduqdan sonra onu əridərkən bir sıra səhvlərə yol verir ki, bu da ətin bakteriya toplaması riskini özü ilə gətirir.

Ətin bişənə qədər düzgün qaydada saxlanılması insan sağlamlığı üçün vacibdir. Əti dondurduqdan sonra onu qaydalara uyğun olaraq əritmək isə qida dəyərini qoruyub saxlamasına səbəb olur.

Mütəxəssislərin fikrincə, əti çöldə deyil, soyuducuda (soyuducunun alt gözü) əritmək lazımdır. Bu üsul olmağına daha uzun, lakin daha sağlam bir üsuldur.

Bu zaman ət maksimum 12 saat ərzində əriyir. Əridikdən sonra isə o soyuducuda maksimum bir gün saxlanıla bilər. Çox gözləmədən istehlak edilməlidir.

İnsanların ən böyük yanlışlarından biri də ərimiş əti yenidən dondurmaqdır ki, bu zaman da ət öz keyfiyyətinin demək olar ki, çox hissəsini itirir.

Əgər əti təcili bişirmək lazımdırsa, ən asan üsul böyük bir qabı su ilə doldurmaq, ətin su ilə təmasının qarşısını almaq üçün torbadan çıxarılmadan suda saxlamaqdır. Su soyuduqca dəyişsəniz, ərimə prosesini sürətləndirmiş olarsınız. Bu üsulla ətiniz 1-2 saat ərzində əriyəcək.

Əti əritməyin digər bir üsulu da daha tez bir üsul olan mikrodalğalı sobada əritməkdir. Mikrodalğalı sobada əritdiyiniz əti qısa müddətdə istehlak etməyə çalışın.

Dondurulmuş ətin əriməsi üçün bir müddət otaq temperaturunda saxlamaq olduqca yanlışdır. Əti otaq temperaturunda əriməyə qoyduğumuz zaman onun üzərində çoxlu bakteriya hopa bilər.

İşi sürətləndirmək üçün ətin üzərinə bir az sirkə tökə bilərsiniz. Sirkə, tərkibindəki turşularla bakteriyaların əmələ gəlməsinin qarşısını ala bilər, həm də buzların əriməsində kömək edər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar

Uzun kirpiklər üçün 7 qida maddəsi

Uzun kirpiklər üçün 7 qida maddəsi

26 iyun 2024 , 07:35
Dietoloqlar şokoladın faydalarından danışdı - İnanmayacaqsınız

Dietoloqlar şokoladın faydalarından danışdı - İnanmayacaqsınız

21 iyun 2024 , 23:09
Bilirdinizmi?  - Bu qidada yumurtadan 10 qat çox protein var

Bilirdinizmi? - Bu qidada yumurtadan 10 qat çox protein var

8 iyun 2024 , 05:07
1 aya normal bədənə sahib olmaq üçün 4 vacib QİDA

1 aya normal bədənə sahib olmaq üçün 4 vacib QİDA

5 iyun 2024 , 14:10
Bu kartofu yemək təhlükəlidir

Bu kartofu yemək təhlükəlidir

18 may 2024 , 06:07
Şəkərdən tamamilə imtina etmək olmaz – SƏBƏBLƏR

Şəkərdən tamamilə imtina etmək olmaz – SƏBƏBLƏR

15 may 2024 , 08:34
Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotunun bilinməyən FAYDALARI

9 may 2024 , 06:47
Səhərlər acqarına 5 kişmiş yeyin

Səhərlər acqarına 5 kişmiş yeyin

4 may 2024 , 02:22