Ətdən imtina etməyin təhlükələri - Bu xəstəliklər sizi gözləyir
16 iyul 2024 03:27 (UTC +04:00)

Ətdən imtina etməyin təhlükələri - Bu xəstəliklər sizi gözləyir

Endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova bildirib ki, vegetarianlıq bəzi insanlar üçün genetik olaraq əks zərərlidir.

Lent.az xəbər verir ki, Moska Dövlət Universitetinin müəllimi endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova öz “Telegram” kanalında ətdən imtina etməyin təhlükələri barədə məlumat verib.

Həkimin sözlərinə görə, alimlər müəyyən ediblər ki, bəzi insanlar üçün ətdən imtina etmək triqliseridlərin səviyyəsinin artması və qan filtrasiya sürətinin azalması səbəbilə böyrəklərin fəaliyyətinin pozulması, beləliklə də ürək xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Həkim əlavə edib ki, vegeterianların D vitamini və kalsium səviyyəsi aşağı düşür. Lakin bəzi insanların orqanizmində çox miqdarda kalsium olur ki, bu da böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, vegetarian kişilər testosteron çatışmazlığından şikayət edə bilərlər, lakin bəzi hallarda onun artıq olması da mümkün olur.

Bundan başqa müntəzəm vegetarianlıq anemiyaya, dərinin sallanmasına və sarkopeniya da daxil olmaqla sağlam olmayan çəki itkisinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar