Prezident İlham Əliyev M.M.Əliyevin Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, sərəncamda bildirilib ki, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
Prezident İlham Əliyev Elçin Tələt oğlu Bağırovun Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Fikrət Fərman oğlu Axundov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
***
Prezident İlham Əliyev Rəhman Sahib oğlu Mustafayevin Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.