Şor qoğalı resepti  – Hazırlamaq heç bu qədər asan olmamışdı
06 mart 2023 18:32 (UTC +04:00)

Şor qoğalı resepti – Hazırlamaq heç bu qədər asan olmamışdı

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu gün sizə bayram süfrənizin bəzəyi olan qoğalın hazırlanma qaydasından danışacağıq. Sosial şəbəkələrdə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməz, çox ləzzətli qoğal reseptini sizinlə bölüşürük. 

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

Xəmiri üçün

2 stəkan süd

1 yemək qaşığı şəkər tozu

1 çay qaşığı maya

1 çay qaşığı duz

2 ədəd yumurtanın ağı

1/2 stəkan duru yağ

6 stəkan un

İçlik üçün

1 stəkan un

50 qram kərə yağı

1 dolu çay qaşığı razyana

1 dolu çay qaşığı cirə

1/2 çay qaşığı sarıkök

1/2 çay qaşığı duz

1/3 çay qaşığı qara istiot

Qatların arası üçün

200 qram kərə yağı

1/2 stəkan duru yağ

Üzəri üçün

2 yumurta sarısı

1 çay qaşığı süd

Çörəkotu

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz. 

Nuş olsun!
 

# 7614
avatar

Sevinc Fərid

Oxşar yazılar