Astroloqlar və numeroloqlar bildirirlər ki, bu şanslı insanlar ürəkləri fəth etməyə, dostlar qazanmağa və uğuru cəlb etməyə yardım edən təbii bir cazibəyə malikdirlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, numeroloqların və astroloqların fikrincə, bəzi insanlar sözün əsl mənasında xüsusi bir maqnetizmlə doğulurlar – bu, yalnız bürc işarəsindən deyil, həm də konkret doğum tarixindən asılıdır. Əgər siz bu tarixlərdən birində doğulmusunuzsa, sizin təbii cazibəniz sevgi, dostluq və karyera sahəsində qapıları aça bilər.
Astrologiya, tarologiya, numerologiya, xiro mansiya, ekstrasensorika və digər oxşar praktikalar elmi sahələr deyildir. Onlar qədim ənənələrə, inanclara və subyektiv yozumlara əsaslanır.
Bu üsulların effektivliyi elmi tədqiqatlarla sübut olunmayıb və akademik dairələrdə tanınmır. Bu səbəbdən bu kimi materiallar əyləncə xarakteri daşıyır və onları ciddi qərarların qəbulunda etibarlı vasitə kimi istifadə etmək olmaz. Psixoloji və ya sağlamlıqla bağlı məsələlərdə hər zaman mütəxəssisə müraciət edin.
Hansı tarixlər “sehrli” sayılır?
Hər ayın 2-si
Bu tarixdə doğulanlar empati və harmoniya ustalarıdır. Onlar sözlə təsəlli verə bilir, ətraflarında güvən və təhlükəsizlik hissi yaradır, yumşaq enerjiləri ilə insanları asanlıqla cəzb edirlər.
6-sı
Altısında doğulanlar – xeyirxahlığın, qayğının və incəliyin təcəssümüdür. İnsanlar onlara instinktiv şəkildə güvənirlər. Şəxsi münasibətlərdə isə diqqətli, sədaqətli və dərin bağlı insanlardır.
12-sində anadan olanlar
Ünsiyyətcil, xarizmatik və əla yumor hissinə malikdirlər. 12-də doğulanlar tez tanış olur, söhbətə dəstək verir və hər zaman xoş təəssürat buraxırlar.
18-də doğulanlar
Bunlar “köhnə ruh” daşıyan insanlardır – müdrik, humanist və səmimi. Onların cazibəsi dərinlikdədir: onlar rol oynamırlar, olduğu kimi qalırlar. Məhz bu xüsusiyyətləri ətrafdakılara təsir edir.
Numeroloqlar deyir ki, cazibə yalnız zahiri görünüşlə bağlı deyil. Bu, başqalarının hiss etdiyi bir enerjidir. Əgər sizin doğum tarixiniz yuxarıdakılardan biridir, deməli sizdə təbii şəkildə insanların sevimlisi olmaq bacarığı var.