Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 19:26 (UTC +04:00)

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədə Meydan TV-yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov APA-ya bildirib ki, bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, Turan TV və Meydan TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

Ali Məhkəmədə 2019-cu ildə verilmiş qərara əsasən, əsasən, Meydan TV-yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Lakin məhkəmədə iddia yenidən təmin olunub və Meydan TV-nin ölkədə yayımına blok aradan qaldırılmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar

Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU

18 iyul 2025 , 17:05