Qazaxda çayda boğularaq ölən şəxsin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Xram çayında boğularaq həyatını itirən şəxs Ukrayna vətəndaşı 1966-cı il təvəllüdlü Sergey Litvinovdur.
***
21:30Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.
Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.