Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "KIA" avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanan "Mercedes"ə çırpılıb.
Nəticədə 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Maşınlar yoldan götürülüb, qəzanın səbəbləri araşdırılır.
Bakıda QƏZA: Xəsarət alan var
0
0
0
0