Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu
18 iyul 2025 14:16 (UTC +04:00)

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar