"Şuşa" komandası dövlətdən  YARDIM  istəyəcək - AÇIQLAMA
24 yanvar 2022 16:03 (UTC +04:00)

"Şuşa" komandası dövlətdən YARDIM istəyəcək - AÇIQLAMA

Xəbər verildiyi kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə edilir.  

Bəs, Azərbaycanı təmsil edən KVN komandası Rusiyada təşkil olunan müsabiqəyə hansı xəttlə qatılıb? Onların beynəlxalq festivalda iştirakını kim təşkil edib?

Bununla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Lent.az-a bildirlib ki, bu mövzu ilə bağlı onlara heç bir müraciət daxil olmayıb:

“Adı gedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”.

Gənclər və İdman Nazirliyindən isə Lent.az-a bildirilib ki, "Şuşa" komandasına onlar tərəfindən hər hansı bir dəstək göstərilməyib.

"Şuşa" Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov Lent.az-a açıqlamasında qeyd edib ki, heç bir qurumdan onlara bir qəpik də pul verilməyib:

“Heç bir qurumdan icazə almağa ehtiyac yoxdur. 30-40 il ərzində onlarla qrup KVN-də  hansısa turnirdə iştirak ediblər. Onların heç birinin icazə, məsləhət alması vacib deyil. Bütün komandalar özü toplanıb gedir, biz də həmçinin. Təşkilatçı tərəfindən də elə bir maddə yoxdur ki, qrupu hansısa dövlət qurumu göndərməlidir. Biz özümüz dostlar olaraq yığışdıq və getdik. Bütün maddi xərcləri də özümüz ödəmişik. Heç bir qurumdan bizə bir qəpik də ayrılmayıb”.

O, həmçinin bildirib ki, mart ayında keçiriləcək yarışlarla bağlı isə dövlətdən yardım istəyəcəklər:

“Çempionatda isə həm dövlət, həm də özəl qurumlara müraciət edəcəyik. Onda 1/8 final olacaq. Mart ayında Sankt-Peterburq şəhərində birinci oyunumuz baş tutacaq. O zaman bütün qurumlara müraciət edəcəm, çünki dəstəyə ehtiyacımız olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4507

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37