Dünən Los-Ancelesdə Ben Afflekin iştirakı ilə çəkilən “Hava” filminin təqdimatı olub.
Lent.az-ın məlumatın görə, Afflek mərasimdə çıxış edərkən xanımı Cenifer Lopesə təşəkkürünü bildirib.
“Bu filmdəki uğur mənim həyatımdakı ən önəmli qadın – arvadımın dəstəyi olmadan mümkün olmazdı. Cenifer, sən mənim dünyamsan. Sən çox gözəl, çox xeyirxah, çox mehriban və çox füsunkarsan, səni sevirəm”, - Hollivud ulduzu bildirib.