"Eurovision" 2025:  Maltalı müğənniyə mahnı oxumaq QADAĞASI
06 mart 2025 13:14 (UTC +04:00)

"Eurovision" 2025: Maltalı müğənniyə mahnı oxumaq QADAĞASI

Maltanın 2025-ci il "Eurovision" nümayəndəsi Miriana Konte dil anlaşılmazlığı səbəbindən musiqi kompozisiyasını dəyişdirməyə məcbur olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, maltalı müğəninin yarışma mahnısını ifa etməsi "kant" sözünün mətndə olması səbəbindən qadağan edilib. 

Maltaca "kant" sözü "mahnı" deməkdir, amma ingilisdilli dinləyicilər bu sözün ingilis dilindəki vulqar sözlə oxşarlığını qeyd ediblər. Bu da "Eurovision" fanları arasında narazılıq doğurdu. Avropa Yayım İttifaqı (EBU) yoxlama apardı və qərara aldı ki, mahnı hazırkı vəziyyətdə İsveçrədəki yarışmada ifa oluna bilməz.

Təşkilatçılar Maltaya bu vəziyyətdən çıxmaq üçün iki variant təklif ediblər: bu narahat edən sözü dəyişdirmək və ya tamamilə yeni bir kompozisiya təqdim etmək. Miriana Konte qadağaya bir az narazılıqla reaksiya verib, çünki yarışma mahnısını təqdim etmək üçün vaxtın bitməsinə bir həftə də qalmayıb.

"O qədər şok oldum və eyni zamanda məyus oldum, xüsusən də, bu qədər az vaxtımız qaldığı halda. Amma vəd edirəm: mənim şouda olacağım - diva olmaq elə də asan deyil", - müğənni bildirib.

Hazırda Maltanın musiqi parçalarında dəyişiklik edib-etməyəcəyi və ya yeni bir kompozisiya təqdim edib-etməyəcəyi məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar