Qırıcı təyyarə təlim zamanı  bomba atdı, yaralılar var
06 mart 2025 10:14 (UTC +04:00)

Qırıcı təyyarə təlim zamanı bomba atdı, yaralılar var

Cənubi Koreyada təlim zamanı qırıcı təyyarənin səhvən yaşayış məntəqəsinə bir neçə bomba atması nəticəsində 7 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

ABŞ-Cənubi Koreyanın birgə təlimində iştirak edən iki KF-16 döyüş təyyarəsi Seuldan 42 km şimal-şərqdə yerləşən Poçeon şəhərindəki Seungjin təlim poliqonunun kənarına təsadüfən 8 MK-82 bombası atıb. Nəticədə yeddi nəfər ağır xəsarət alıb, kənddəki kilsə və 6 digər bina dağılıb.

Bütün zərərçəkənlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ölkənin Hərbi Hava Qüvvələri insidentin araşdırıldığını bildirib və mülki şəxslərə dəyən zərərə görə üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar