Lənkəranda itkin düşən balıqçının meyiti İranda tapıldı
06 mart 2025 13:17 (UTC +04:00)

Lənkəranda itkin düşən balıqçının meyiti İranda tapıldı

İranın Bəndər-Ənzəli istiqamətində Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb.

Lent.az APA-ya istinadla bildirir ki, meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.

İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən, onun Mahmud İbayev olduğunu bildirirlər.

Mahmud İbayevin qardaşı Rəşad İbayev APA-ya açıqlamasında fotoya əsasən, meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.

Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

Mahmud İbayevin isə axtarışları davam etdirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar