Lənkəranda itkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu - YENİLƏNİB
14 yanvar 2025 17:00 (UTC +04:00)

Lənkəranda itkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu - YENİLƏNİB

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Əlavə məlumat veriləcək.

Xəbərə video əlavə olunub

***

saat 00:03

Lənkəranda balıqçılar itkin düşüb.

Lent.az-ın verdiyi xəbərə görə bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur. 

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6192

Oxşar yazılar

Sumqayıtda ər arvadını  boğub öldürdü

Sumqayıtda ər arvadını boğub öldürdü

13 fevral 2025 , 02:24
Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların  üstünə atdılar -VİDEO

Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların üstünə atdılar -VİDEO

13 fevral 2025 , 01:32
Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33