Bakıda  17 dərəcə isti   olacaq - Sabahın HAVASI
06 mart 2025 12:32 (UTC +04:00)

Bakıda 17 dərəcə isti olacaq - Sabahın HAVASI

Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920

Oxşar yazılar