Kefinizi açacaq 10 film
03 mart 2025 17:56 (UTC +04:00)

Kefinizi açacaq 10 film

Yaxın insanlar, dostlar, rəngarəng və səs-küylü məclislər istəmirsənsə, həmçinin əgər çölə çıxmağa həvəs yoxdursa, amma rahatlamaq və heç nə düşünməmək istəyirsənsə, yüngül seriallar köməyə gəlir.

Lent.az belə anlarda izlənə biləcək 10 fili təqdim edir.

1. Parks and Recreation (2009 – 2015)

İstehsal: ABŞ

Janr: komediya

Müddət: 7 mövsüm

IMDb reytinqi: 8.6

Kiçik məmur Lesli Noup insan idealına inanır və daim hər şeyin yaxşı olması uğrunda mübarizə aparır, onun fikrincə pis olan hər şeyə qarşı çıxır. O, balaca bir Amerika şəhərini daha yaxşı etmək istəyir. Lesli şəhər sakinlərinə daha gözəl həyat yaşatmaq üçün əlindən gələni edir.

Leslinin həmkarları isə onun ideyalarını nadir hallarda dəstəkləyir, əksər hallarda isə dəstəkləmir və ideyalarını çılğın hesab edirlər. Amma özləri də işləmək istəmirlər. Ona görə də Leslini dəstəkləyəndə belə, əsas məqsədləri heç nə etməməkdir. Sualtı sənədli film formatında çəkilən bu serial, “The Office” stilində olsa da, 2-ci mövsümdən sonra tamaşaçıların sevgisini qazandı və nəticədə 7 mövsüm davam etdi. IMDb reytinqinə görə bu siyahının lideridir.

2. Community (2009 – 2015)

İstehsal: ABŞ

Janr: komediya

Müddət: 6 mövsüm

IMDb reytinqi: 8.5

Vəkilin saxta diplomu olduğu ortaya çıxır və buna görə də işdən uzaqlaşdırılır. Gerçək diplom almaq üçün kollecdə oxumalıdır. O, özünü uğursuz hiss edir, eynilə onunla birlikdə oxuyan tələbələr kimi. Hamısı yeni statusu ilə barışmaq məcburiyyətindədir.

Bu serialın rejissoru – “Rick and Morty”nin yaradıcısı Den Harmondur. Serialın müəyyən hissələrinin avtobioqrafik olduğu deyilir. Personajların əksəriyyəti rejissorun öz tələbə yoldaşlarından ilhamlanıb yaradılıb. Üstəlik, 6 mövsüm boyunca demək olar ki, hər seriyada məşhur filmlərə və seriallara istinadlar var.

3. Black Books (2000 – 2004)

İstehsal: Böyük Britaniya

Janr: komediya

Müddət: 3 mövsüm

IMDb reytinqi: 8.5

Kitab mağazasının sahibi Bernard Black kitab satmaqda tamamilə bacarıqsızdır. Onun köməkçisi Manni də bu sahədə heç də uğurlu deyil. Onlar yalnız içki içməkdə, işdən yayınmaqda və müştərilərlə dalaşmaqda bacarıqlıdırlar.

Absurd və maraqlı sitkomda baş rolları istedadlı komediya aktyorları Dylan Moran və Bill Bailey canlandırıb.

4. Brassic (2019)

İstehsal: Böyük Britaniya

Janr: komediya, dram

Müddət: 5 mövsüm

IMDb reytinqi: 8.4

Xırda dələduz Vinny oğurluq və müxtəlif fırıldaqlarla məşğuldur. Dostları da ona kömək edir. Lakin yerli banda ilə əlaqəyə girdikdən sonra həyatında hər şey dəyişir.

Baş rolu “Misfits”dən tanıdığımız Joseph Gilgun oynayır. O, həm də serialın ssenari müəllifi və prodüseridir. Sərt və bir az kobud yumor seriala xüsusi rəng qatır.

5. Californication (2007 – 2014)

İstehsal: ABŞ

Janr: dram, komediya

Müddət: 7 mövsüm

IMDb reytinqi: 8.3

Yazıçı Henk Mudi, Çarlz Bukovskidən ilhamlanmış xarakterdir. O, yaradıcı böhranla mübarizə aparır, ailə problemlərini yoluna qoymağa çalışır və bu yolda yeni insanlarla tanış olur. Pis vərdişlərdən qurtulmaq istəsə də, bu, heç alınmır.

Baş rolda David Duchovny-nin parlaq ifası seriala böyük uğur qazandırıb.

6. Legit (2013 – 2014)

İstehsal: ABŞ

Janr: komediya

Müddət: 2 mövsüm

IMDb reytinqi: 8.1

Avstraliyalı komik Cim Jeffriesin əyləncəli və eyni zamanda kəskin həyat hekayəsi. Dostları onun əyləncəli həyat tərzindən imtina etməsinə kömək etmək əvəzinə, əksinə, onu daha çox gecə həyatına çəkirlər.

7. Love (2016 – 2018)

İstehsal: ABŞ

Janr: melodram, komediya

Müddət: 3 mövsüm

IMDb reytinqi: 7.7

Mikki və Qas təsadüfən tanış olurlar. Onların münasibətləri həm oxşarlıqlar, həm də fərqliliklər üzərində qurulub. Keyfiyyətli və əyləncəli serialdır.

8. High Fidelity (2020)

İstehsal: ABŞ

Janr: melodram, komediya

Müddət: 1 mövsüm

IMDb reytinqi: 7.7

Rob – Nyu-Yorkda vinil mağazasının uğurlu sahibidir. Ancaq şəxsi həyatında daim uğursuzluq yaşayır. Baş rolda Zoe Kravitz parlaq çıxış edir.

9. Young Sheldon (2019 )

İstehsal: ABŞ

Janr: komediya

Müddət: 7 mövsüm

IMDb reytinqi: 7.6

Elmi sevdiyi üçün ailə və yaşıdları ilə anlaşa bilməyən gənc dahinin həyatı.

10. Emily in Paris  (2020)

İstehsal: ABŞ

Janr: dram, komediya

Müddət: 4 mövsüm

IMDb reytinqi: 6.9

Amerikalı marketoloq Emili Parisə iş üçün gəlir və bu şəhər onun həyatını dəyişir. Stereotiplərlə dolu olsa da, istirahət üçün əla seçimdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar