Məşhur müğənni Fatih Ürekin sağlamlıq mübarizəsi davam edərkən ailəsi ilə bağlı diqqətçəkən bir iddia irəli sürülüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Söylemezsem olmaz” proqramında aparıcılıq edən Nihat Doğan canlı yayımda deyib:
“Fatih Ürekin meneceri arada bəzi şeyləri düzəltmək üçün açıqlama verir, ancaq mən dəqiq məlumat aldım. Fatih Ürekin ailə daxilində miras davası var. Xəstəxanada ona artıq ailəsi baxır; bacısı, qardaşı. Fatih Ürek həyat mübarizəsi verərkən, bəziləri pulun ardınca düşüb. Fatih Ürekin çox yaxın dostu Ayşe Kazancı evinə gedib seyfdəki zinət əşyalarını bir-bir kameraya çəkib və öz evinə aparıb. Ailədən biri evə girib oğurlamasın deyə edib. Çox dürüst insandır".
Menecer Mert Silivdən sərt açıqlama
Ortaya atılan iddialardan sonra Fatih Ürekin meneceri Mert Siliv məsələ ilə bağlı geniş açıqlama verib. Siliv, prosesin həssas olduğuna diqqət çəkərək deyib:
“Fatih Ürekin sağlamlıq durumu ilə bağlı məlumatlar mütəmadi olaraq mənim tərəfimdən, xəstəxana rəsmilərindən və vəkili Volkan Alkılıç tərəfindən ictimaiyyətə çatdırılır. Yeni bir inkişaf olmadıqca məlumat paylaşmağımız mümkün deyil. Bu qədər sevilən bir sənətçi haqqında yayılan əsassız açıqlamalar həm bizi, həm də ictimaiyyəti narahat edir. Həkimlərimizin də dediyi kimi, hər bir xəstənin prosesi fərqlidir. Biz yalnız Fatih Ürekin sağlığına və yaxşı xəbərlər almağa köklənmişik".