2025-ci ilin ən yaxşı   serialları -  VİDEO
13 noyabr 2025 15:15 (UTC +04:00)

2025-ci ilin ən yaxşı serialları - VİDEO

0

Günlər nəzərəçarpacaq dərəcədə qısalır, hava soyuyur. 2026-cı ilin yerinə yetirilməmiş vədləri barədə düşünməkdənsə, gəlin 2025-ci ilin ən yaxşı seriallarını yada salaq!

TVLine tənqidçilərin fikrincə, son on ayda televiziyanın mahiyyətini özündə əks etdirən 20 serialı seçib. Bu layihələr arasında hər kəs üçün bir şey var - möhtəşəm dramlar, gurultulu realiti-şoular və səssiz, lakin heyrətamiz şəkildə oynanmış televiziya hekayələri.

Lent.az həmin serialları təqdim edir.

Keçid yaşı (Netflix)

13 yaşlı yeniyetmə sinif yoldaşını öldürməkdə ittiham olunur. Onun ailəsi, terapevti və istintaqı aparan detektiv bir sualla qarşılaşır: əslində nə baş verib?

Yadplanetli: Yer (FX)

“Yadplanetli: Yer” Ridli Skottun orijinal “Alien” filmindən əvvəl baş verən hadisələri təsvir edən prekueldir. Əsərin hadisələri 2120-ci ildə cərəyan edir. Bu dövrdə Yer üzünə Veyland-Yutani, Prodiji, Linç, Dainamik və Treshold adlı beş iri korporasiya nəzarət edir.

Andor (Disney+)

Krейт adlı planet üsyançıların bazası üçün ideal məkan seçilib. Onun uzaq və az öyrənilmiş olması İmperiyanın diqqətindən yayınmağa şərait yaradır. Buraya Kassian Andor da daxil olmaqla üsyançılar alyansının nümayəndələri gəlir.

Ayı (FX)

Hulu-nun məşhur kulinariya dram-komediyasının dördüncü mövsümü əvvəlki gərginliyi bərpa edərək tamaşaçılardan tam bəyənmə alıb. Karminin komandası restoranın maliyyə böhranı ərəfəsində sağ qalmaq uğrunda mübarizə aparır. Serial həm də emosional dərinliyi ilə seçilir — Karmi nəhayət Kler ilə münasibətlərini düzəldir, Sidni isə özünəməxsus bir bölümdə parlayır. Kulminasiya isə Tiffin xaotik toyu və Karmi, Sidni və Riçinin ruhlarını açdığı duyğusal final səhnəsi olur.

Qara güzgü (Netflix)

Bu antologiya serialında hər bölüm müstəqil bir hekayədir — texnologiyanın hökm sürdüyü qaranlıq gələcəyə baxış. Sosial şəbəkələrin şəxsiyyət sərhədlərini pozması, süni intellektin insan münasibətlərini əvəzləməsi kimi mövzular ətrafında cərəyan edən hekayələr insanlığın texnologiyaya asılılığının təhlükələrini göstərir. Serial etik dəyərlər, mənəviyyat və tərəqqinin bədəli haqqında suallar doğurur, rahatlıq və əyləncə arzusunun bəşəriyyəti necə bəşərsizlik və fəlakətə aparacağını nümayiş etdirir.

2025-ci ilin izləməyə dəyər digər serialları:

Pozulmuş əsr (HBO)
Hacks (HBO Max)
Sevgi spektrdə (Netflix)
Heç kim bunu istəmir (Netflix)
Yad ölkə: Mənim qanım (Starz)
Artıq kompensasiya (Prime Video)
Sülh yaradan (HBO Max)
Təkrar (HBO)
Pitt (HBO Max)
Solt Leyk Sitinin həqiqi evdar qadınları (Bravo)
Oyundan çıxış (Apple TV)
Studiya (Apple TV)
Tapşırıq (HBO)
Ağ lotos (HBO)
Uill Trent (ABC)

Elmi-fantastik epopeyalarda əsl böyüklük yalnız yeni gələcək yaratmaqda deyil, həm də mükəmməl final təqdim etməkdədir. Bir çox iddialı seriallar öz ambisiyalarının ağırlığı altında dağılır. Amma janr daxilində bəziləri həm başlanğıcı, həm də sonluğu ilə mükəmməl balans tapmağı bacarır - bu da onları zamanın fövqünə qaldırır. Belə seriallar artıq sadəcə “ən yaxşılar” deyil, dönməz dəyərlərə çevrilmiş ekran inciləridir, dəfələrlə izlənməyə dəyər əsərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar