Astarada AĞIR QƏZA  - ÖLƏN və yaralanan var
13 noyabr 2025 09:21 (UTC +04:00)

Astarada AĞIR QƏZA - ÖLƏN və yaralanan var

0

Astarada avtomobil qəzasında 60 yaşlı kişi ölüb.

Lent.az xəbər verir ki, hadisə noyabrın 12-si saat 10 radələrində Astara rayon Təngərüd kəndi istiqamətində baş verib.

Cəsarət Əliyev idarə etdiyi “VAZ 21214” markalı avtomobillə Astara rayon Təngərüd kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olan zaman, yolun sol tərəfinə dönən 60 yaşlı Kamran  Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobili ötmək istəyən zaman həmin avtomobilin sol tərəfi ilə toqquşub. 

Nəticədə Kamran Məmmədov hadisə yerində ölüb. Cəsarət Əliyev isə aldığı bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar