“PlayStation 5” konsolunun satışları açıqlandı - Fantastik rəqəm
13 noyabr 2025 04:42 (UTC +04:00)

“PlayStation 5” konsolunun satışları açıqlandı - Fantastik rəqəm

0

“Sony”, 2020-ci ildə buraxılan “PlayStation 5” konsolu üçün yenilənmiş satış məlumatlarını açıqlayıb.

Lent.az xəbər verir ki, oyun çatışmazlığına görə tənqidlərə baxmayaraq, konsolun satış göstəriciləri diqqətəlayiqdir.

“Sony”, son üç ayda ümumilikdə 3,9 milyon “PlayStation 5” konsolu satıldığını açıqlayıb. Bu son satışlarla bu günə qədər ümumi PS5 satışları 84,9 milyona çatıb.

Bu rəqəm PS5-in 84 milyon ədəd satılan ikonik “Xbox 360”ı geridə qoyduğu deməkdir.

Bu nailiyyətlə PS5 tarixdə ən çox satılan 9-cu konsol olub. PS3, 87,4 milyon ədəd satılaraq siyahıda 8-ci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar