Ölən şəxsin kreditini kim ödəməlidir? - CAVAB
13 noyabr 2025 10:29 (UTC +04:00)

Ölən şəxsin kreditini kim ödəməlidir? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual vəfat edən şəxsin kreditinin kim tərəfindən ödənilməsi ilə bağlıdır. 

Vəfat edən şəxsin kreditini kim ödəməlidir?

Lent.az xəbər verir ki, əgər kredit sığortalanıbsa, borc sığorta müqaviləsinə uyğun olaraq, sığorta şirkəti tərəfindən ödənilir.

Sığortalanmayıbsa, ölən şəxsin əmlakı olarsa, borc Mülki Məcəlləyə uyğun olaraq, onun əmlakı hesabına ödənilir. Bu əmlak vərəsələrə keçdikdə, Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə həmin borcu birgə borclu kimi tam ödəməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar