Sənan Əsədzadə
13 noyabr 2025 10:50 (UTC +04:00)

Sənan Əsədzadə

Çindən avtomobil gətirən Sənan Əsədzadə axtarışa verildi - YARIM MİLYONLUQ DƏLƏDUZLUQ

0

Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində axtarış elan olunub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, Sənan Əsədzadə barəsindəki dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir.

Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar