Dünya çempionu Argentina yığmasının hücumçusu Lautaro Martines İtaliya çempionu "İnter"in Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Çempionlar Liqasında 18 qol vurub. Lautaro Martines 17 qolla "İnter"in keçmiş futbolçusu, italiyalı yarımmüdafiəçi Sandro Mazzolanı qabaqlayıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “İnter” Hollandiyanın “Feyenord” klubuna 2:0 hesabı ilə qalib gəlib. Martines və fransalı hücumçu Markus Tyuram qol vurub. Martines qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.