Rusiya İstintaq Komitəsinin Çebarkul qarnizonu üzrə hərbi idarəsinin müstəntiqləri Çelyabinsk vilayətinin Çebarkul şəhərinin ticarət pavilyonlarında reyd keçirib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, tədbir zamanı bir müddət əvvəl Rusiya pasportu alsa da, hərbi qeydiyyatdan keçməyən miqrantlar müəyyən edilib. Beş nəfər hərbi komissarlığa aparılıb. Onlara müqavilə üzrə xidmət şərtləri barədə də məlumat verilib.
Qeyd edək ki, ötən ilin dekabrında Sankt-Peterburqda ərzaq anbarına basqından sonra 24 nəfər hərbi komissarlığa aparılıb. Tədbirlər zamanı əcnəbilər də daxil olmaqla 350-dən çox vətəndaş yoxlanılıb.
Bundan əvvəl Yekaterinburqda, Koltsovo hava limanında hərbi müstəntiqlər bir müddət əvvəl Rusiya vətəndaşlığını almış miqrantlara qarşı reyd keçiriblər. Hərbi komissarlıqda qeydiyyatdan keçməyən hər kəsə çağırış vərəqəsi verilib.