Bakıda "Formula 1"ə  hazırlıq başladı
06 mart 2025 13:33 (UTC +04:00)

Bakıda "Formula 1"ə hazırlıq başladı

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb. 

Bu barədə Lent.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025, 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar