"Azercell"dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif
06 mart 2025 16:36 (UTC +04:00)

"Azercell"dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif

Lider mobil operatordan “Honor” cihazlarını əldə edən müştərilərə 2 ay boyunca 30 GB internet hədiyyə

Azercell Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi kampaniyaya start verir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Honor” smartfonu və ya planşeti əldə edən bütün istifadəçilər 2 ay müddətinə 30 GB internet hədiyyə qazanacaqlar.

12.03.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 269 AZN-dən başlayan modellər üçün keçərlidir.

Qeyd edək ki, 30 GB hədiyyə internet paketi 2 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniya haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Azercell bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar