bp-nin nəşr etdirdiyi kitabların təqdimatı oldu
05 mart 2025 16:06 (UTC +04:00)

bp-nin nəşr etdirdiyi kitabların təqdimatı oldu

Libraff kitab evində bp-nin nəşr etdirdiyi 5 azərbaycanlı müəllifin kitabının təqdimatı olub.

Lent.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp şirkətinin təmsilçisi Tamam Bayatlı, bir sıra tanınmış qələm adamları iştirak ediblər.

Tamam Bayatlı qeyd edib ki, yerli yazarlara dəstək məqsədilə 2022-ci ildə başladılan layihənin xətti ilə bundan əvvəl 4 müəllifin kitabı işıq üzü görüb: “Bu il isə 1-i nasir, 4-ü şair olmaqla, 5 yazarın kitabını nəşr etdirmişik. bp şirkəti Azərbaycan ədəbiyyatına daim qayğı göstərib. Bu layihə həm gənc yazarların öz potensialını üzə çıxarmağa kömək edəcək, həm də onları yaradıcılığa ruhlandıracaq. bp Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə daim dəstək olub və bu dəstək həmişə davam edəcək”.

Tədbirdə çıx edən Xalq yazıçısı Anar AYB-nin mütaciətini qəbul edib gənc yazarların kitablarının nəşrinə dəstək verdiyi üçün bp şirkətinə təşəkkür edib. O qeyd edib ki, rəhbərlik etdiyi quruma münasibətdən asılı olmayaraq, bütün istedadlı gənclər, şəxslər AYB üçün qiymətlidir.

Daha sonra AYB-nin katibi şair İlqar Fəhmi, AYB Gənclər şurasının sədri şair Fərid Hüseyn çıxış edərək kitabın əhəmiyyətindən, layihənin məqsədlərindən danışıblar, gənc yazarları təbrik ediblər.

Daha sonra söz müəlliflərə verilib. bp-yə və Yazıçılar Birliyinə təşəkkür edən müəlliflər öz şeirlərini də səsləndiriblər.

Qeyd edək ki, layihə çərçivəsində Qismətin "Tanış küçələrin birində”, Ruslan Dost Əlinin “3 mart”, Ulucay Akifin “Bayılda axşamçağı”, El Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin isə “Gecəni axtaranlar” qısa hekayələr və roman toplusu çapdan çıxıb.

Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64 850 manat (38 147 ABŞ dolları) təşkil edir.

Xatırlardaq ki, bundan əvvəl 2022-ci ildə də bp Azərbaycan ədəbiyyatının gənc müəlliflərindən dörd nəfərin kitabını nəşr etmişdi.

bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO bp-nin nəşr etdirdiyi 5 yerli müəllifin kitabının təqdimatı olub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar

Hər kəsin izləməli olduğu  5 film

Hər kəsin izləməli olduğu 5 film

4 mart 2025 , 15:02
2024-cü ilin  ən yüksək qonorar   alan aktyorları - SİYAHI

2024-cü ilin ən yüksək qonorar alan aktyorları - SİYAHI

3 mart 2025 , 19:15
Kefinizi açacaq 10 film

Kefinizi açacaq 10 film

3 mart 2025 , 17:56
Möylə Mirzəliyev

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

3 mart 2025 , 16:37
 Motsartın üzü   3D texnologiyaları ilə bərpa edilib

Motsartın üzü 3D texnologiyaları ilə bərpa edilib

3 mart 2025 , 15:41
"Oskar" mükafatının qalibləri məlum oldu  - SİYAHI

"Oskar" mükafatının qalibləri məlum oldu - SİYAHI

3 mart 2025 , 07:43
Niyazi Mehdi

Niyazi Mehdi dəfn edildi - YENİLƏNİB

28 fevral 2025 , 14:51
Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

28 fevral 2025 , 11:24