“Qarabağ Bülbülü”
Azərbaycanın məşhur vokal ifaçısı Bülbül haqqında ikiseriyalı sənədli film çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Fuad Dadaşovun APA-ya verdiyi məlumata görə, Bülbül haqqında film hazırlamaq ideyası 2004-cü ildə, Rəşid Behbudov haqqında “Rəşid ömrü” filminin təqdimatı zamanı yaranıb: “Bir il sonra filmin ssenarisini hazırladım və çəkilişlərə başladım. Filmin çəkilişləri Bakıda, Azərbaycanın rayonlarında və Moskva şəhərində aparılıb”.
“Qarabağ Bülbülü” adlanan film 92 dəqiqədən ibarətdir. Rejissor bildirib ki, bu ekran işinin mükəmməl səviyyədə hazırlanması üçün kifayət qədər vaxta ehtiyac olub: “Bu, sadəcə film deyil. Filmdə Bülbüllə paralel olaraq Azərbaycan mədəniyyətini də əks etdirmişəm. Bu filmə baxmaq lazımdır, çünki mən müəllif kimi çox şey deyə bilmirəm. Onu bildirmək istərdim ki, bu filmdə tək rejissor kimi yox, eyni zamanda Bülbül adına Orta İxtisas Məktəbinin yetirməsi, yəni musiqiçi kimi də yanaşmam var”.
Filmdə arxiv materiallardan da istifadə edilib. Lazımi materialların bir qismi Bülbül Fondu və Bülbülün Ev Muzeyindən verilib.
Artıq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bu filmə baxıb. Filmin təqdimatının 2011-ci ilin ilk aylarında keçirilməsi nəzərdə tutulur və Rusiyanın televiziya kanallarında nümayişi istiqamətində də danışıqlar aparılır. Filmdə mətn rejissorun dili ilə səslənir.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27