“Canadian Military” jurnalı Şəhidlər Xiyabanından yazıb
12 noyabr 2012 23:30 (UTC +04:00)

“Canadian Military” jurnalı Şəhidlər Xiyabanından yazıb

Kanadanın Esprit de Corps nəşriyyatı tərəfindən nəşr edilən Canadian Military hərbi jurnalının 2012-ci ilin noyabr ayı üçün buraxılışında Kanadada qeyd olunan müharibə veteranlarının xatirə gününə həsr edilmiş “Birgə döyüş meydanları – birgə itkilər” (Shared battlefields - Common loss) başlıqlı məqalə dərc edilib.

Lent.az-ın Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumatına görə, məqalədə Azərbaycanın xatirə mərasimlərinə dair məlumat yer alıb. Yazıda 1990-cı ilin 20 yanvar hadisələri haqqında bəhs edilib və şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı haqqında söhbət açılıb.

Məqalə müəllifi həmçinin 1990-1994-cü illər ərzində Dağlıq Qarabağda münaqişə zamanı həlak olmuş şəhidlərin bu xiyabanda dəfn edildiyini qeyd edib və Azərbaycan torpaqlarının qanunsuz şəkildə erməni qüvvələrinin işğalı altında qaldığını bildirib.

Müəllif Şəhidlər Xiyabanının Azərbaycan xalqı üçün mühüm simvolik məna daşıdığını vurğulayıb. 1918-ci ildə bolşeviklərə və ermənilərə qarşı savaş nəticəsində 12 min nəfər azərbaycanlının həlak olduğu qeyd olunub. Həmin zaman həlak olmuş əksər şəhidlərin hazırda Şəhidlər Xiyabanının yerləşdiyi məkanda dəfn edildiyi bildirilib. Lakin, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra sözügedən məzarlığın məhv edildiyi və onun yerində əyləncə parkının salındığı qeyd edilib. Bununla belə, Sovet İttifaqının dağılmasından sonra xiyabanın bərpa edildiyi müəllif tərəfindən bildirilib.

Azərbaycanda qeyd olunan 20 yanvar hadisələrinin xatirə mərasimi çərçivəsində Azərbaycan prezidenti və digər rəsmi şəxslər tərəfindən Şəhidlər Xiyabanındakı abidə önünə əklil qoyulması və şəhidlərin xatirəsinin sükutla yad edilməsi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34