Ata, ana və oğulları çayda boğuldular
17 iyul 2025 10:44 (UTC +04:00)

Ata, ana və oğulları çayda boğuldular

Rusiyanın Vladimir vilayətində ata, ana və yetkin oğul Klyazma çayında boğulublar.

Lent.az yerli mediaya istinadla bildirir ki, axtarış işləri iyulun 15-də və 16-da Petuşinski rayonunun Krutovo kəndi yaxınlığında aparılıb. Hadisə iyulun 13-də baş verib.

Məlumata görə, yaşlı kişinin meyiti həmin gün aşağı axarda balıqçı tərəfindən aşkar edilib. Sobinsk xilasetmə məntəqəsinin rəhbəri Sergey Smirnovun sözlərinə görə, iki gün sonra xilasedicilər bir qadının - onun həyat yoldaşının cəsədini çıxarıblar.

Ertəsi gün, iyulun 16-da 33 yaşlı kişi meyiti tapılıb. O, hadisə yerindən təxminən 1.5 kilometr aralıda aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar