Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO
16 iyul 2025 17:16 (UTC +04:00)

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Kino yalnız əyləndirmək deyil, həm də insanı ilhamlandırmaq, zövq formalaşdırmaq və özünü tapmaq üçün motivasiya vermək gücünə malikdir.

Lent.az həyat dəyərlərini yenidən düşünməyə, dəyişikliklərə ilham verən və dəb hissini oyadan filmləri təqdim edir:

“Gucci evi”

Film italyan moda imperiyası olan “Gucci” ailəsinin real hekayəsindən ilham alınıb. Bu, bir adın nə qədər dəyərli olduğunu, uğur və nəzarət naminə haraya qədər getmək mümkünlüyünü göstərən dramatik bir hekayədir.

“Şopxolik etiraf edir”

Maliyyə savadsızlığı ilə əlləşən, amma moda dünyasında parlaq gələcək arzulayan bir alış-veriş həvəskarının gülməli hekayəsi. O, yanlışlıqla maliyyə jurnalı üçün köşə yazarı olur və onun yazıları böyük uğur qazanır. Lakin şəxsi həyatı və karyerası risk altına düşür, çünki böyük bir sirr hər şeyi məhv edə bilər.

“Şeytan prada geyinir”

Moda və jurnalistika aləminə aid əfsanəvi klassik film. Gənc jurnalistə məşhur dəb jurnalında iş təklif olunur. Sert və tələbkar baş redaktorun rəhbərliyi altında o, özünü və dəyərlərini yenidən kəşf edir. Film şəxsi qurbanlar, karyera ambisiyaları və dəbin sərt qaydaları haqqında danışır.

“Dərzi. Kütür ilə qisas”

Uşaqlığında yaşadığı faciəvi hadisənin qisasını almaq üçün doğma Avstraliya şəhərinə qayıdan bir qadının dramı. O, dərzilik bacarığından istifadə edərək həm də öz keçmişi ilə hesablaşır. Film bağışlanma, daxili mübarizə və özünü ifadə mövzularına toxunur.

“Ouşenin 8 rəfiqəsi”

Məşhur dələduzun bacısı həbsdən çıxaraq qadınlardan ibarət komanda toplayır. Onlar dəbdəbəli bir bal zamanı qiymətli brilyant boyunbağını oğurlamaq üçün plan qururlar. Bu film ağıllı qadınların dəb və zənginliklə dolu dünyasında həyəcanverici bir macəra təqdim edir.

“Yüksək moda”

Dior atelyesində baş dərzi kimi uzun illər çalışmış Ester, karyerasını başa vurmaq üzrədir. Bir gün metroda 20 yaşlı Ceyd onun çantasını oğurlayır. Lakin Ester polisə zəng vurmaq əvəzinə, bu gənc qıza qayğı göstərməyi və öz sənət sirlərini ötürməyi qərara alır.

Bu filmlər yalnız göz oxşayan səhnələrlə deyil, daxili dəyişikliklərə və estetik zövqün inkişafına təkan verən güclü hekayələrlə də yadda qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar