Maşında tibbi çanta  yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 18:13 (UTC +04:00)

Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu avtomobildə tibbi çantanın olmaması ilə bağlıdır.

Bəziləri avtomobildə tibbi çantanın olmamasının cərimə ilə nəticələnəcəyini bilmir. Bir sıra Avropa ölkələrində yol polisləri avtomobildə tibbi çantası olmayan sürücülərə əvvəlcə xəbərdarlıq edirlər. Bəs Azərbaycanda necə, bununla bağlı hansı tədbirlər mövcuddur?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, bu maddə üzrə sürücülərə xəbərdarlıq edilməsi barədə göstəriş yoxdur:

“Bu barədə İnzibati Xətalar Məcəlləsinin 356-cı (Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması) maddəsində əks olunub. Maddənin birinci bəndində qeyd olunub ki, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə edilir.

Bundan başqa, həmin məcəllənin 24-cü maddəsində deyilir ki, xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin maddənin ikinci bəndində xəbərdarlığın nə zaman edildiyi izah edilib. Burada deyilir ki, xəbərdarlıq bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar