Laçında yanğın törədənlər saxlanıldı - BİRGƏ MƏLUMAT  - YENİLƏNİB
17 iyul 2025 11:13 (UTC +04:00)

Laçında yanğın törədənlər saxlanıldı - BİRGƏ MƏLUMAT - YENİLƏNİB

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

***
00:02

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.

Lent.az APA-ya istinadə xəbər verir ki, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.

Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

***
22:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.
 


***
21:08

Laçında meşə yanğını baş verib.

Lent.az APA-ya istinadə xəbər verir ki, yanğın böyük ərazilərə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin xeyli canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2848

Oxşar yazılar