Bakıda atasını döyüb öldürən kişiyə HÖKM OXUNDU
17 iyul 2025 17:19 (UTC +04:00)

Bakıda atasını döyüb öldürən kişiyə HÖKM OXUNDU

Bakıda atası İsmayıl Rəhimovu döyərək öldürməkdə təqsirli bilinən Emin Rəhimovun məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrliyi ilə keçirilib.

Təqsirləndirilən şəxsdən son söz deyilməsi istənilib. O, özünü təqsirli bilmədiyini deyib:

“Mənim atamı döyməyimə dair ortada heç bir sübut yoxdur. Mən nə narkotik vasitə qəbul edənəm, nə də içki içirəm. Onsuz da 10 ildir ki, azadlıqdan məhrum edilmişəm".

 Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Emin Rəhimov 9 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirib. Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

 

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar