"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro  qazandı 
17 iyul 2025 12:39 (UTC +04:00)

"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı 

İngiltərənin "Mançester Yunayted" klubu yayda heç bir futbolçu satmayıb, amma 24 milyon avro qazanıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, klub "Benfika"dan "Real"a Alvaro Karrerasın (8,8 milyon avro), Antoni Elanqanın "Nyukasl"a (7 milyon) və Maksi Oyedelenin "Legiya"dan “Strasburq”a (2,4 milyon) yenidən satılmasının faizini alıb. Mankunianlılar Ceydon Sançonu icarəyə götürdükdən sonra onu almaqdan imtina etdiyi üçün "Çelsi"dən daha 5,8 milyon avro pul alıb.

“Transfermarkt”ın məlumatına görə, "Mançester Yunayted"in futbolçularının ümumi dəyəri 818 milyon avrodur. Eyni zamanda, İngiltərə Premyer Liqasının son mövsümündə komanda turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.

Çempionat zamanı mankunianlılar bir mövsümdə məğlubiyyətlərin sayına görə klubun antirekordunu yeniləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar